EDİT
EDİT
Saatına baxdın
Ürəyini kökləyə bilmədin
Lilləndi damarcıqların
Etiraf etdi səni sənsizlik
Yalnızlığını daşıya bilmədi bu şəhər
Metir – metir uzanadı kölgən
Atdılar səni özündən uzağa
Nəhayət adını edit etdin
Mamutların qıçı qıçına dolaşır artıq
Əkdin qıçlarını əqaqilər kölgəsində
Heyrətləndin təpədən dırnağa süyülmüş damarlarına
Əllərini uzatdın özünlə görüşməyə
Məsafən min bir gecə nağılı
Maska bazarında gəzməz dəlilər
Ətin ütülməsin çırçıralar alovunda!
Dörd bir yannını aldı soyuq
İkiyə bölünsən nə olacaq…?!!
ائدیت
ساعاتینا باخدین
اورهیینی کؤکلهیه بیلمهدین
لیللندی دامارجیقلارین
اعتیراف ائتدی سنی سنسیزلیک
یالنیزلیغینی داشییا بیلمهدی بو شهرجیک
مئتیر مئتیر اوزانادی کؤلگهن
نهایت آدینی ائدیت ائتدین
ماموتلارین قیچی قیچینا دولاشیر آرتیق
اکدین دیرناقلارینی اقاقیلر کؤلگهسینده
حیرتلندین تپهدن دیرناغا سویولموش دامارلارینا
اللرینی اوزاتدین اؤزونله گؤروشمهیه
مسافهن مین بیر گئجه ناغیلی
ماسکا بازاریندا گزمز دلیلر
اتین اوتولمهسین چیر چیرالار آلوووندا
دؤرد بیر یانینی سویوق آلدی
ایکییه بؤلونسن نه اولاجاق…؟!!

