İsarətimizdən qurtaracaq mahnılar
ايسارتيميزدن قورتاراجاق ماهنيلار

ايمکلهيير شهرين کار قولاغيندا
سسئحیرلي دوداقلارين نيفرينلشميش پيچيلتيسي
توتاجاق ماتم ميتينگلرين ميسميريغيندا
اينيلتيلرين ساري ماهنيسي
باخ!
دريندن باخ!
آدام اؤز ايچينده يئرلشه بيلمير!
ديدير دريسيني ايچينده کي !
ايندي جيراجاق، چيخارداجاق اؤزونو اؤزوندن آدام!
نهايت يئنه ده دار گلهجک اؤزونه
قارا ساعاتلار دايانماسين
آسقيرسين زامان،
رينگلرده قارا اللر، طالعيميزي يازماقدادير
آتاجاقلار قيرميزي بايراغي اورتاميزا
اللريميز ايلان مئييدينه چئوريلهجک
لاپ ارييهجک فيکريميز آلنيميزدا
ليللنهجک دانق - دونق سسي
اللريميز ديرچلهجک بيردن
ريتملرله دولاجاق
ايسارتيميزدن قورتاراجاق ماهنيلار
İsarətimizdən qurtaracaq mahnılar
İməkləyir şəhərin kar qulağında
Ssehirli dodaqların nifrinləşmiş pıçıltısı
Tutacaq matəm mitinglərin mısmırığında
İniltilərin sarı mahnısı
Bax!
Dərindən bax!
Adam öz içində yerləşə bilmir!
Didir dərisini içindəki!
İndi cıracaq, çıxardacaq özünü özündən adam!
Nəhayət yenə də dar gələcək özünə
Qara saatlar dayanmasın
Asqırsın zaman,
Ringlərdə Qara əllər, taleimizi yazmaqdadır
Atacaqlar qırmızı bayrağı ortamıza
Əllərimiz ilan meyidinə çevriləcək
lap əriyəcək fikrimiz alnımızda
lillənəcək danq – dunq səsi
Əllərimiz dirçələcək birdən
Ritmlərlə dolacaq
İsarətimizdən qurtaracaq mahnılar
